Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bolqarıstan məktəblərində LGBT təbliğatı qadağan edildi
Bolqarıstan parlamentinin deputatları qeyri-ənənəvi cinsi oriyentasiya (LGBT) ilə bağlı ideya və baxışların populyarlaşdırılmasını, eləcə də bioloji deyil, gender kimliyinin müəyyən edilməsini qadağan edən qanun qəbul ediblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, "Dirçəliş" siyasi partiyasının təklif etdiyi qanun layihəsinin müzakirəsi dörd saata yaxın davam edib. Layihəni 135 deputat dəstəkləyib, 57 deputat əleyhinə çıxıb, səkkiz deputat isə bitərəf qalıb.
Partiyanın lideri Kostadin Kostadinovun qeyd edib ki, qanun daha əvvəl qəbul edilməli idi, çünki Bolqarıstan kitab mağazalarında və internetdə artıq təkcə məktəblilər üçün deyil, həm də altı yaşınadək uşaqlar üçün cinsi tərbiyəyə dair dərsliklər yer alıb.
Rəylər