Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Boeing" əməkdaşları yeddihəftəlik tətili dayandırmağa razılaşdılar
Sentyabrın 13-də başlayan və "Boeing" təyyarələrinin istehsalını demək olar ki, dayandıran yeddihəftəlik tətildən sonra şirkətin həmkarlar ittifaqı, nəhayət, yeni müqavilə şərtlərinə razılaşıb. Həmkarlar ittifaqı üzvlərinin 59%-i dörd il ərzində rəhbərliyin əməkhaqqının 38% artırılmasını nəzərdə tutan yeni təklifini qəbul etmək üçün səs verib.
Oxu.Az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, tətil təyyarə istehsalçısının artıq çətin olan maliyyə vəziyyətini daha da ağırlaşdırıb. Daha əvvəl "Boeing" işçilərin təxminən 10%-ni (təxminən 17 min nəfər) ixtisar etməyi və prioritet tapşırıqlara diqqət yetirmək üçün işçi qüvvəsi səviyyələrini nəzərdən keçirməyi planlaşdırırdı. Bundan əlavə, inkişaf çətinlikləri və uçuş sınaqlarının dayandırılması səbəbindən "777X" proqramı təxirə salınıb.
"Boeing"in baş icraçı direktoru Kelli Ortberq qeyd edib ki, son həftələr çətin olub, lakin bütün işçilər bir böyük komandadır. Əldə edilmiş razılaşma şirkət rəhbərliyinə təzyiqi azaltmalıdır. Tətil edən işçilər artıq noyabrın 12-də öz vəzifələrinə qayıtmağa razılaşıblar.
Rəylər