Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
BMT-nin baş katibi COP29-dan gözləntilərini açıqlayıb
"BMT-nin qarşıdan gələn iqlim konfransı - COP29 tərəqqiyə iki yolla təkan verməlidir".
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş yayımladığı videomesajda deyib.
Baş katib bildirib ki, COP29-da ilk olaraq gələn ilə qədər ölkələr üçün yeni milli iqlim fəaliyyət planları təqdim edilməlidir:
"Hökumətlər bu planları 1,5 dərəcə ilə uyğunlaşdırmağa razılaşıblar. Bu, o deməkdir ki, onlar bütün istixana qazları emissiyalarını azaltmalı və bu, bütün iqtisadiyyatı əhatə etməlidir - bütün sektorlarda irəliləyişə təkan verilməlidir. Digər bir məsələ budur ki, COP29-da iqlim maliyyə məsələsi ön planda olacaq. İnkişaf etməkdə olan ölkələr təmiz enerjiyə keçidi sürətləndirmək və qlobal istiləşmə ilə mübarizə aparmaq üçün dəstəklərini yüksəltməlidirlər".
Baş katib əlavə edib ki, COP29-da ehtiyac duyulan maliyyə vəsaiti, qarşıya qoyulan məqsəd və iqlim maliyyəsinin əldə edilməsi üçün əminlik təmin olunmalıdır: "COP29-un nəticəsi həm də borcların azaldılması, çoxtərəfli inkişaf banklarının daha böyük və daha cəsarətli hala gətirilməsi üçün islahatlara yönəlmiş tədbirləri təşviq edən konkret mesajlar göndərməlidir".
"COP29" teqi üzrə xəbərlər
- Departament direktoru: "COP29-da müsbət qərarlar veriləcəyinə inanıram"
- COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?
- COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
- Qırğızıstan baş nazirinin müavini Bakını COP29-un təşkilinə görə yüksək qiymətləndirib
- Bakıda keçirilən COP29-un on ikinci günündən FOTOREPORTAJ
Rəylər