Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Blinken Konqresə ifadə verməyə çağırıldı
ABŞ Dövlət katibi Antoni Blinken ABŞ Nümayəndələr Palatasının beynəlxalq məsələlər komitəsinə çağırılıb, burada o, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə ifadə verməlidir.
Oxu.az-ın məlumatına görə, bu barədə "Fox News" telekanalı komitə sədri Maykl Makkola istinadən məlumat verir.
Çağırış 19 sentyabr tarixinə təyin edilib. Dövlət Departamentindən bildirilib ki, həmin gün Blinken məşğul olacaq və alternativ variantlar təklif ediblər. Eyni zamanda, əgər dövlət katibi çağırışda göstərilən tarixdə komitəyə gəlməsə, onu konqresə hörmətsizlikdə ittiham edəcəklər. Bildirilir ki, daha əvvəl Blinken guya bu məsələ ilə bağlı komitə qarşısında çıxış etməkdən imtina edib.
Xatırladaq ki, ABŞ hərbi qüvvələri Əfqanıstanı tərk edib və Pentaqonun rəsmi nümayəndəsi general Kennet Makkenzi 2021-ci ilin avqustunda Kabuldan insanların təxliyəsi əməliyyatının başa çatdığını bəyan edib.
"Antoni Blinken" teqi üzrə xəbərlər
- Blinken İsrail-Fələstin münaqişəsi barədə: "Müharibəni bitirmək vaxtı gəlib"
- Fidan Blinkenlə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
- Antoni Blinken: "İsrailin İrana cavab zərbəsi gərginliyə səbəb olmamalıdır"
- BMT-nin tədbirini qaralamaq cəhdləri: COP29-la Azərbaycana təzyiqlər
- Öldürülən HƏMAS və "Hizbullah" başçıları - Yeni İran, yeni İsrail, yeni Yaxın Şərqə doğru
Rəylər