Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb
Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib.
Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
"Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçıları dağılışıblar", - deyə nazirlik məlumat yayıb.
Baş verən hadisələr nəticəsində 30-a yaxın adam həkimə müraciət edib, burada təhlükəsizlik qüvvələri yataqxanada baş verən qarşıdurmadan sonra izdihamın toplaşdığı küçəni bağlayıb.
Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bişkek Şəhər Daxili İşlər İdarəsindən verilən xəbərə görə, Qırğızıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda əcnəbi tələbələrin yaşadığı yataqxanaları ciddi mühafizə altına götürüblər.
Mənbə: TASS
Rəylər