Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Benyamin Netanyahu İranın ali rəhbərini hədələdi
İsrailin Baş naziri Benyamin Netanyahu İranın Ali Rəhbəri Seyid Əli Xameneini hədələyib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bununla bağlı yəhudi dövlətinin hökumət başçısı fars dilində yayımlanan "X" hesabında paylaşım edib.
Belə ki, o, Xameneinin stulun üzərindəki əbasının görüntüsünü dərc edib.
"Özünüz istədiniz!" - deyə o, fotonu şərh edib.
Qeyd edək ki, şəkildə Xameneinin əyləşdiyi stulun arxasındakı divarda raket zərbəsinin izi və habelə İran bayrağının yanında qan izləri görüntüsü əlavə olunub.
Xatırladaq ki, İrandan dünən HƏMAS lideri İsmayıl Haniyə, "Hizbullah" lideri Həsən Nəsrullah və İnqilab Keşikçiləri Korpusunun komandiri Abbas Nilfuruşanın öldürülməsinə cavab olaraq İsrailə onlarla raket atılıb.
"İsrailə raket hücumu" teqi üzrə xəbərlər
- İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər
- İraqda İranla əlaqəli müqavimət qrupları İsrailə hücum həyata keçiriblər
- İranın İsrailə atdığı ballistik raketlərin qalıqlarının görüntüləri paylaşıldı
- Livan İsraili kütləvi raket atəşinə tutdu: Müharibənin başlanğıcından ən güclü hücum
- Cavad Zərifin İsrailə raket hücumları ilə bağlı suala qəribə reaksiyası
Rəylər