Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Avropa Komissiyasında İlon Maskı "şərin himayədarı" adlandırıblar
"Digər texnologiya şirkətlərinin rəhbərlərindən fərqli olaraq, "X" sosial şəbəkəsinin sahibi, "Tesla" və "SpaceX"in qurucusu İlon Mask xeyir və şəri ayırd edə bilmir".
Oxu.Az-ın məlumatına görə, bu fikri Avropa Komissiyasının (AK) vitse-prezidenti Vera Yurova "Politico"ya müsahibəsində bildirib.
"Biz şəri şərti bir şey kimi qəbul etməyə başladıq və o buna fəal şəkildə kömək edir. O, şərin himayədarıdır", - deyə Yurova bildirib.
AK vitse-prezidentinin sözlərinə görə, dünyanın ən varlı adamı "Twitter"i (indiki "X") antisemitizm mərkəzinə çevirib. Yurova vurğulayıb ki, hazırda texnologiya şirkətləri nəhəng gücə malikdirlər. Bundan əlavə, Avropa Komissiyasının vitse-prezidenti hesab edir ki, rəqəmsal platformalar yanlış əllərə düşdükdə dəhşət yaradır.
Mask və Avropa İttifaqı arasındakı münaqişə iki ildir davam edir, tərəflər bir-birilərini tənqid edir, ittiham edir, həmçinin qeyri-etik "mem"lər paylaşırlar. Belə ki, iyulun 12-də Avropa İttifaqının daxili bazar üzrə komissarı Tyerri Breton "X" sosial şəbəkəsini istifadəçiləri guya yanlış məlumatlandırdığına və Avropa İttifaqının müəyyən etdiyi qaydalara riayət etmədiyinə görə cərimə ilə hədələyib.
Növbəti gün Mask Avropa Komissiyasının "X" sosial şəbəkəsinə qanunsuz və gizli sövdələşmə təklif etdiyini bildirən post paylaşıb - sosial şəbəkə platformada bəzi ifadələri senzuradan keçirməli idi. Sahibkar qeyd edib ki, bunun müqabilində Avropa İttifaqı sosial şəbəkəyə qarşı cərimələrdən imtina edəcəkdi.
"İlon Mask" teqi üzrə xəbərlər
- Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
- İlon Maskın sərvəti rekord qırdı
- İlon Maskın "Tesla" elektrokarları ABŞ-də ən təhlükəli avtomobil kimi tanındı
- Trampın vəzifəyə təyin etdiyi İlon Mask: "Bir çox qərarlar məndən xəbərsiz qəbul olunur"
- "Starship" altıncı sınaq uçuşunu başa vurdu: Platforma sürətləndiricini tuta bilmədi
Rəylər