Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Audi" şirkəti 4 500 işçisini ixtisar edəcək
"Audi" avtomobil şirkəti, satışların kəskin azalması səbəbindən 4 500 işçini ixtisar etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
Nəşr bildirir ki, "Audi" şirkəti ("Volkswagen"ə məxsusdur - red.) maliyyə ilə bağlı çətinliklər yaşayır və xərcləri azaltmaq üçün işçilərinin 15%-ni ixtisar etməyi düşünür. "
Qeyd olunur ki, "Audi"nin əsas mənfəəti 91% azalaraq, keçən ilin üçüncü rübündəki 1.2 milyard avrodan 2024-cü ilin eyni dövrü üçün 106 milyon avroya düşüb. Almaniya və ABŞ də daxil olmaqla bir sıra bazarlarda satışlar azalıb, həmçinin "Audi" avtomobillərinə tələbat da azalıb. "Volkswagen"in törəmə şirkətləri arasında yalnız "Lamborghini" markası sabit satışları qoruyub saxlayıb, ən böyük azalma "Bentley"də müşahidə olunub - 35%.
Hazırda "Audi"nin rəhbərliyi mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün işçi nümayəndələri ilə danışıqlar aparır.
Rəylər