Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ararat Mirzoyan COP29-da iştirak etmək niyyətindədir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, "Qraparak" nəşri bu barədə Ermənistanın rəsmi mənbələrinə istinadən xəbər verib.
Mənbə iddia edir ki, xarici işlər naziri bu hadisəni danışıqlar üçün fürsət hesab edir.
Xatırladaq ki, Ermənistanın XİN başçısı Ararat Mirzoyan Bakıda keçiriləcək COP29 konfransına dəvət alıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.