Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Antarktidada yeni temperatur rekordu qeydə alındı
Yerin soyuq qütbünün yerləşdiyi Antarktidadakı Vostok stansiyasının alimləri yeni temperatur maksimumunu (-34,2 dərəcə) qeydə alıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Antarktidada qışdır, iyul və avqust qitə üçün ən soyuq aylardır, qeydə alınan temperatur planetin ən soyuq nöqtəsində qış üçün ən isti göstəricidir.
Xatırladaq ki, indiyədək qeyd edilən ərazidə rekord temperatur minimumu 1983-cü ildə müşahidə edilib və -89,2 dərəcə təşkil edib.
"Antarktida materiki" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər