Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Afrika ölkəsində torpaq 160-a yaxın insanı uddu
Cənubi Efiopiyada güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 160 yaxın insan həlak olub.
Oxu.Az-ın "Reuters" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə hökumət rəsmisi xəbər verib.
"Hazırda iki kənddən 157 meyit aşkar edilib... Düşünürük ki, bu rəqəm artacaq", - deyə mənbədən vurğulanıb.
Xatırladaq ki, torpaq sürüşməsi bir gün əvvəl ölkənin cənubunda Geze-Gofa rayonunda baş verib. Bundan əvvəl təbii fəlakətdən 55 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, Efiopiyada hazırda sentyabrın ortalarına qədər davam edəcəyi gözlənilən yağışlar mövsümü hökm sürür. Davamlı yağışlar bəzən torpaq sürüşmələrinə səbəb olur.
Rəylər