Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ qoşunları Nigerdəki son bazadan da çıxarıldılar
ABŞ hərbi qüvvələrinin Nigerdən çıxarılması başa çatdı - onlar son bazaları üzərində nəzarəti yerli silahlı qüvvələrə təhvil veriblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The New York Times" məlumat verir.
İlkin planlara görə, ABŞ-nin Nigerdən tam çıxışı sentyabrın 15-dək başa çatmalı idi. Lakin bu gün artıq amerikalı hərbçilər Nigerin şimalındakı Aqades şəhərində yerləşən 201 saylı hava bazasını tərk ediblər, onlar, həmçinin silah və "həssas texnologiyaları" da çıxarıblar.
Bundan əvvəl iyul ayında onlar Niameydəki 101 saylı hərbi hava bazasını tərk etmişdilər.
Bildirilir ki, ABŞ-nin Nigerdəki səfirliyində inzibati məsələləri həll etmək üçün müəyyən müddət ərzində az sayda hərbçi qalacaq.
Qeyd edək ki, ABŞ kontingentinin çıxarılması ilə bağlı razılıq bu il mayın ortalarında əldə olunub.
Rəylər