Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ müdafiə naziri xəstəxanadan evə buraxılıb
Yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə (Meriland) yerləşdirilən ABŞ-nin müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.
Bu barədə Pentaqonun Mətbuat Xidmətinin yaydığı bəyanatda bildirilib.
Sənəddə göstərilib ki, Ostin bazar ertəsi evə buraxılıb.
“Nazir hələ də sağalır və həkimlərinin göstərişi ilə Pentaqona tam qayıdana qədər öz vəzifələrini bir müddət məsafədən yerinə yetirəcək”, - deyə bəyanatda bildirilib. Pentaqon Ostinin təhlükəsiz rabitə kanallarına tam çıxışı olduğunu vurğulayıb.
Mənbə: TASS
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər