Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ İranın hücumuna hazırlaşır: Yaxın Şərqə döyüş təyyarələri göndərilib
ABŞ Yaxın Şərqdəki hərbi bazasına onlarla "F/A-18" döyüş təyyarəsi yerləşdirib. Bu, Pentaqonun İsraili İran və onun etibarlı qüvvələrinin mümkün hücumlarından qorumaq səylərinin bir hissəsidir.
Oxu.Az bu barədə "The Times of Israel"ə istinadən xəbər verir.
ABŞ rəsmisi bildirib ki, "F/A-18" təyyarələri və "E-2D Hawkeye" müşahidə təyyarəsi Oman körfəzindəki təyyarə gəmisindən havaya qalxaraq bazar ertəsi açıqlanmayan bazaya çatıb.
ABŞ-nin müdafiə naziri Lloyd Ostin bölgədə hərbi mövcudluğun artırılması əmrini verib, çünki rəsmilər Livandakı yüksəksəviyyəli "Hizbullah" komandirinin və İranda HƏMAS-ın yüksəkvəzifəli siyasi liderinin ötən həftə öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən narahatdırlar. Nəşr qeyd edib ki, hər iki qrup İran tərəfindən dəstəklənir.
Hərbi Hava Qüvvələrinin "F-22" qırıcı eskadrilyası da Alyaskadakı əsas stansiyasından həmin bazaya getdiyi üçün ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarənin müvəqqəti olaraq quruda yerləşdiriləcəyi gözlənilir. Yaxın günlərdə Yaxın Şərqə təxminən onlarla "F-22"nin gələcəyi təxmin edilir.
Xatırladaq ki, Pentaqonun məlumatına görə, ABŞ regional münaqişənin gərginliyini azaltmaq üçün Yaxın Şərqdə hərbi mövcudluğunu artırır.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- KİV: "HƏMAS İsraillə girovlarla bağlı razılığa gəlməyə hazırdır"
- Blinken İsrail-Fələstin münaqişəsi barədə: "Müharibəni bitirmək vaxtı gəlib"
- Niderlandda İsrail əleyhinə aksiyalar iğtişaşlara çevrildi
- İsrail ordusu "İslami Cihad"ın əməliyyat qərargahının rəhbərini məhv etdi
- İsrailin yeni müdafiə nazirindən AÇIQLAMA: "HƏMAS və "Hizbullah" darmadağın olub"
Rəylər