Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ İrana görə gəmi və şirkətlərə sanksiya qoyub - FOTO
ABŞ Maliyyə Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi husilərə İrandan yük daşıdığına görə Honkonq və Marşall adalarında yerləşən iki şirkətə və onlara məxsus iki gəmiyə sanksiya tətbiq edib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat yayılıb.
Qeyd olunub ki, İran tərəfindən husiləri maliyyələşdirməyə cavabdeh olan Səid Əhməd Məhəmməd əl-Camal İrandan malların daşınması üçün həmin gəmilərdən istifadə edib.
Məlumata görə, Marşall adalarında yerləşən şirkətə məxsus Palau bayraqlı “Reneez” gəmisi və Honkonq şirkətinə məxsus Panama bayraqlı “Eternal Fortune” gəmisi sanksiyalar sırasındadır. Nəqliyyat xidmətlərindən əldə olunan gəlirlərin Yəmənin husi hərəkatını maliyyələşdirmək üçün istifadə edildiyi bildirilir.
"İran" teqi üzrə xəbərlər
- Xameneinin daha bir "X" hesabının fəaliyyəti məhdudlaşdırıldı
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
- Baş nazir Əli Əsədov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ilə görüşüb
- İran uranın zənginləşdirilməsini dayandıracaq?
- Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Rəylər