Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ-də yeni edam növündən istifadə edildi
ABŞ-nin Alabama ştatında ölkə tarixində ilk dəfə azot qazından istifadə edilərək edam hökmü icra edilib.
Qeyd olunur ki, yeni üsulla edam 58 yaşlı Kennet Smit adlı şəxsə tətbiq edilib.
O, 1988-ci ildə Alabamada qadını boğaraq qətlə yetirməkdə təqsirli bilinib.
Şahidlərinin dediyinə görə, Smit son sözlərində deyib:
“Alabama insanlığı bu gecə geri addım atmağa məcbur edir... Məni dəstəklədiyiniz üçün təşəkkür edirəm. Hamınızı sevirəm”.
Edam ərzində Smiti ruhani rəhbəri müşahidə edib, edama məhkum edilən şəxsə xeyir-dua verib.
Mənbə: Alabama Local News
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər