Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ-də təyyarədə qorxulu anlar şahid tərəfindən anbaan qeydə alındı - VİDEO
ABŞ-də “Boeing”lə bağlı daha bir insident yaşanıb. Belə ki, “Southwest Airlines” şirkətinə məxsus təyyarə havada olarkən mühərriklə bağlı problem yaranıb.
Bu vaxt “Boeing 737”də 135 nəfər olub.
Baş verənlər sərnişinlərdən biri tərəfindən qeydə alınıb.
ABŞ Federal Aviasiya Administrasiyası xəbəri təsdiqləyib.
“Heyət uçuş zamanı mühərrikin korpusunun qopduğunu bildirib”, - deyə açıqlamada vurğulanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarə Denver Beynəlxalq Hava Limanına qayıdıb.
Yeri gəlmişkən, qeyd edək ki, bu, “Boeing”lə bağlı ilk belə hadisə deyil. Martın ortalarında ABŞ-nin “United Airlines” aviaşirkətinin “Boeing” sərnişin təyyarəsi havada olarkən örtük panelinin bir hissəsi qopub. San-Fransiskoda isə eyni aviaşirkətə məxsus təyyarə havaya qalxarkən təkəri qoparaq düşüb və park edilmiş bir neçə avtomobilə zərər vurub.
Mənbə: Ura.ru
Mövzuya aid xəbərlər
- “Boeing” aeroportda qəzaya uğramış başqa təyyarə ilə toqquşdu: Sudanda qəribə hadisə - FOTO
- “Boeing” təyyarəsi ilə bağlı daha bir insident: Bu dəfə örtüyü qopdu - FOTO
- Səhvən pilotun oturacağındakı düyməyə toxunan stüardessa sərnişinlərə dəhşət yaşatdı - VİDEO
- “Boeing”in keyfiyyətsiz detalları ilə bağlı ifşaedici ifadə verən mütəxəssisin meyiti tapıldı - FOTO
- ABŞ-də “Boeing 777”nin havada təkəri qopdu - FOTO/VİDEO
Rəylər