Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İstefa edəcəyi deyilən ABŞ-nin ermənipərəst senatoru açıqlama verdi
ABŞ məhkəməsi tərəfindən korrupsiyada təqsirli bilinən və istefa verəcəyi deyilən ermənipərəst demokrat senator Bob Menendes bununla bağlı açıqlama verib.
Bu barədə Oxu.Az "Reuters"ə istinadən bildirir.
Menendes istefa vermək niyyətində olmadığını deyib. O, daha əvvəl müttəfiqlərinə istefa verməyi planlaşdırdığını dediyi barədə yayılan xəbərləri təkzib edib.
Qeyd edək ki, daha əvvəl ABŞ KİV-ində məlumatlı mənbələrə istinadla Robert Menendesin müttəfiqlərinə istefa verməyi planlaşdırdığını söylədiyi barədə xəbərlər dərc olunmuşdu.
"Sizə deyə bilərəm ki, mən istefa verməmişəm və müttəfiq adlandırılan heç kimlə də danışmamışam... Mənə elə gəlir ki, məni bəyanat verməyə məcbur etmək istəyirlər. Məni tanıyan hər kəs bilir ki, bu, uğur qazanmağın ən pis yoludur", - deyə o bildirib.
Eyni zamanda, 16 cinayət ittihamı üzrə təqsirli bilindikdən sonra istefaya getməsi üçün Menendesə qarşı Nyu-Cersidən təzyiqlər artır.
Senator isə məhkəmə binası qarşısında jurnalistlərə verdiyi müsahibədə apellyasiya şikayəti verəcəyini nəzərə çatdırıb.
ABŞ məhkəməsi tərəfindən korrupsiyada və digər ştatların maraqlarını lobbiçilikdə təqsirli bilinən ermənipərəst senator Robert Menendes istefa verməyi planlaşdırır.
Bu barədə Oxu.Az "Fox News" kanalına istinadən məlumat verir.
Siyasətçiyə yaxın mənbələrin bildirdiyinə görə, vəzifədən getməsi uzun illər ərzində Konqresdə yüksək vəzifələr tutan Menendesin təxminən 30 illik karyerasının başa çatmasına gətirib çıxaracaq.
Senator özü isə heç bir bənd üzrə günahını etiraf etmir.
Xatırladaq ki, iyulun 16-da ABŞ andlılar məhkəməsi demokrat senator Robert Menendesi bütün 16 ittiham bəndi üzrə təqsirli bilib ki, buraya korrupsiya və xarici agent kimi Misir və Qətərin maraqlarına lobbiçilik etmək də daxildir.
Bundan əlavə, siyasətçi ədalət mühakiməsinə mane olmaqda, qəsbkarlıqda və dələduzluqda təqsirli bilinib. Robert Menendesi 20 ilə qədər həbs gözləyir, lakin o, apellyasiya şikayəti verə bilər.
Mövzuya aid xəbərlər
- Keçmiş ABŞ-li məmur ermənipərəst senatorun gizli işlərinin üstünü açdı: "Menendes yaramazdır"
- Ermənipərəst senatora qarşı daha bir ittiham
- NYT: “Ermənipərəst senator Menendezin vəkilləri sübutları gizlətməyə çalışırlar”
- Ermənipərəst ABŞ senatoruna qarşı yeni ittiham irəli sürüldü
- ABŞ-də ermənipərəst senator və arvadına qarşı federal cinayət təhqiqatı davam edir - VİDEO
Rəylər