Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-də donuz böyrəyi köçürülən ilk şəxs xəstəxanadan buraxıldı - FOTO
Dünyada ilk geni dəyişdirilmiş donuz böyrəyi transplantasiyası əməliyyatı keçirən 62 yaşlı ABŞ-li xəstəxanadan buraxılıb.
Bu barədə Massaçusets ümumi xəstəxanasının həkimlərinə istinadən məlumat yayılıb.
Onların sözlərinə görə, xəstə martın 21-də keçirdiyi böyrək transplantasiyası əməliyyatından iki həftə sonra stabil vəziyyətdə xəstəxanadan evə buraxılıb.
Hazırda onun orqanında problemin olmamasına baxmayaraq, həkimlər əməliyyatın uğuru ilə bağlı dəqiq nəticə çıxarmağa tələsmirlər.
Xatırladaq ki, geni dəyişdirilmiş donuz ürəkləri köçürülən əvvəlki iki xəstə tibbi müdaxilədən bir neçə ay sonra ağırlaşmalar səbəbindən ölüb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 850 milyon insan müxtəlif böyrək xəstəliklərindən əziyyət çəkir.
Mənbə: TASS
Rəylər