Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
57 qadına təcavüz edən modelyer cəzasını aldı
Toronto (Kanada) məhkəməsi 83 yaşlı modelyer Peter Nyuqardı cinsi təcavüzə görə 11 il həbs cəzasına məhkum edib.
Oxu.Az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Qeyd edilir ki, artıq həbsdə keçirdiyi vaxtı nəzərə alsaq, Nyuqard yeddi ildən bir qədər tez azadlığa çıxacaq.
O, 2023-cü ilin payızında andlılar məhkəməsi tərəfindən günahkar bilinib. Prokurorlar onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.
Modelyer 2020-ci il dekabrın ortalarında ABŞ-nin tələbi ilə Vinnipeqdə (Manitoba) saxlanılıb. O, ABŞ, Kanada və Baham adalarında zorlama, insan alveri və qəsbdə ittiham olunub. Kişinin barəsində 57 qadın məhkəməyə müraciət edib. Cinayət hadisələrinin bəziləri hələ 1977-ci ildə baş verib, həmin vaxt iki qadının 14 yaşı olub.
Bundan başqa, milyarderin iki oğlu tərəfindən də ayrıca iddia qaldırılıb və onlar yeniyetmə yaşlarında ikən atalarının birbaşa göstərişi ilə onun tanışı olan qadın tərəfindən zorlandıqlarını iddia ediblər.
"Cinsi təcavüz" teqi üzrə xəbərlər
- Yatızdırıb zorlayırmış: Kral ailəsində qalmaqal bütün Norveçi silkələdi
- "Monako"nun keçmiş futbolçusu zorlamada təqsirli bilindi
- "Barselona"nın keçmiş futbolçusu cinsi təcavüzdə ittiham olunur
- Reper Ar Kellinin 8 yaşından təcavüz etdiyi qızı: "Atam yanıma gələndə özümü yatmışlığa vururdum"
- Konqoda həbsxana qiyamının dəhşətli nəticələri: Yanğın, izdiham və qadınların zorlanması...
Rəylər