Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
11 sentyabr terrorçuları etirafa hazırlaşırlar
2001-ci il 11 sentyabr terror aktlarının təşkilində ittiham olunan üç nəfər ölüm cəzasının ömürlük həbslə əvəz edilməsi müqabilində təqsirlərini etiraf etməyə razılaşıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The New York Times" öz mənbələrinə istinadla məlumat yayıb.
Razılaşma 11 sentyabr terror aktlarının ehtimal olunan əsas təşkilatçısı Xalid Şeyx Məhəmməd və onun iki əlaltısının işi üzrə əldə edilib. Onlar Kubadakı Quantanamo həbsxanasında saxlanılırlar. Onların təqsirlərini etiraf etmələri barədə gələn həftə elan edilə bilər.
Xatırladaq ki, 11 sentyabr 2001-ci il səhər saatlarında ümumilikdə 19 nəfərdən ibarət dörd qrup terrorçu dörd sərnişin təyyarəsini ələ keçirib. Terrorçular iki təyyarəni Nyu-Yorkdakı (ABŞ) Dünya Ticarət Mərkəzinin qüllələrinə yönəldiblər. Nəticədə hər iki qüllə uçub və ətraf binalara ciddi ziyan dəyib. Üçüncü təyyarə Vaşinqton yaxınlığında yerləşən Pentagon binasına yönəldilib. Dördüncü təyyarənin sərnişinləri və ekipajı terrorçulardan təyyarənin idarəsini almağa cəhd göstəriblər, təyyarə Pensilvaniya ştatının Şanksvill borosunda (inzibati-ərazi vahidi - red.) sahəyə düşüb.
Terror aktları seriyası bəşər tarixində qurbanların sayına görə ən kütləvi olub: bu terror aktları nəticəsində 2977 nəfər həlak olub. Qurbanların xeyli hissəsi hələ də tanınmayıb. Faciə yerlərində 10 000-dən çox insan sümüyü və toxuma fraqmenti tapılıb, onların identifikasiyası davam edir.
Rəsmi araşdırma versiyasına görə, bu terror aktlarının hazırlanması, maliyyələşdirilməsi və həyata keçirilməsinin arxasında "Əl-Qaidə" terror qruplaşması durub.
"11 sentyabr terror aktları" teqi üzrə xəbərlər
- ABŞ-də "11 sentyabr üslubunda" yeni hücum planlaşdırılıbmış: Terrorçu Ənəs Səid ələ keçdi
- ABŞ Gizli Xidməti səhvən 11 sentyabr terror aktını törədənləri qurbanlar sırasına daxil edib
- 11 sentyabr terrorundan 23 il ötür
- Lloyd Ostindən 11 sentyabr terrorçularını edam cəzasından xilas edən sövdələşmə ilə bağlı qərar
- Ağ Evin 11 sentyabr hücumlarında təqsirləndirilən şəxslərlə sövdələşmədən xəbəri olmayıb
Rəylər