Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
CineMastercard-da "Coker: İkinəfərlik dəlilik" filminin premyeraöncəsi nümayişi keçirilib
"28 Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" premium kinoteatrında ABŞ-nin istehsalı olan "Coker: İkinəfərlik dəlilik" musiqili-psixoloji trillerinin premyeraöncəsi nümayişi keçirilib.
Filmdə "Coker" və "Harli Kvin" əsas rollarını ABŞ-li aktyor, "Oskar" mükafatçısı Xoakin Feniks və müğənni Ledi Qaqa canlandırıblar. Filmdə, həmçinin Zazi Bitz, Brendan Qlison, Ketrin Kiner, Ceykob Loflend və Qarri Louti də çəkiliblər. Filmin rejissoru Todd Fillipsdir.
Filmin premyerası Venesiya Film Festivalında baş tutub. Müzikl tamaşaçılar tərəfindən 11 dəqiqəlik alqışlarla qarşılanıb.
Triller haqqında qısaca məlumat: "Coker"ə çevrildikdən və televiziyada canlı yayımda "Mürrey Franklin"i öldürdükdən sonra "Artur Flek Arxam" psixiatriya xəstəxanasına yerləşdirilir və burada doktor "Harlin Kvinzel"lə tanış olur. Onlar tezliklə bir-birilərinə dəlicəsinə aşiq olduqlarını anlayırlar.
Tədbirdə "CineMastercard" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə və "CineMastercard" kinoteatrlar şəbəkəsinin həmtəsisçisi Adnan Əhmədzadə iştirak ediblər.
Zaur Darabzadə öz çıxışında qeyd edib ki, "Coker 2" filmi dünya premyerasından 2 gün öncə "CineMastercard" kinoteatrında unikal "ScreenX" formatında təqdim olunur. Z.Darabzadə Azərbaycanda ilk "ScreenX" texnologiyası haqqında məlumat verib:
"Həmin format 270 dərəcə baxış bucağına malik, filmdən həzz almağa imkan verən tamamilə yeni innovativ texnologiyadır. Kinoteatr zalında beş proyektor və iki əlavə yan ekran var. Film boyu əsas səhnələr mərkəzi ekranda nümayiş etdirilir, 50-60 dəqiqə müddətində isə yan ekranlar kadr kompozisiyasını artırır. Bu genişlənmiş məkan tamaşaçıda fərqli hisslər yaratmaqla yanaşı, filmi yaşamağa imkan verir. Bu format yalnız "28 Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" premium kinoteatrında tətbiq olunur".
Həmçinin xüsusi nümayişdə "Mastercard" beynəlxalq ödəniş sisteminin "Priceless" təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış insanlar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirin təşkilində "Brand Media Groups", "MADO" restoranı, "Light in Black" foto və video kreativ şirkəti, "Hillside" premium şərabları və "Red Bull" dəstək göstəriblər.
Tamaşaçıların "CineMastercard" kinoteatrlar şəbəkəsində ən çox gözlədiyi filmlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdiriləcək. Həmçinin "Coker: İkinəfərlik dəlilik" filmini ən son "4DX" və "ScreenX" texnologiyaları ilə "CineMastercard" kinoteatrlarında izləmək olar.
"CineMastercard" teqi üzrə xəbərlər
- "CineMastercard" kinoteatrında "Tağıyev: Neft" filminin təqdimatı keçirilib
- Xüsusi qayğıya ehtiyacı olan uşaq: "Gələcəkdə Ronaldinyo kimi futbolçu olmaq istəyirəm"
- Xüsusi qayğıya ehtiyacı olan uşaq: "Ronaldinyonu gördüyüm an çox həyəcanlandım"
- "CineMastercard"da ən çox gözlənilən "0000 Kilometre" filminin qəhrəmanları ilə qala gecəsi olub
- Eksklüziv olaraq "CineMastercard"da tarixi film: "Bir Cumhuriyet Şarkısı"
Rəylər