Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Yüksəliş" müsabiqəsinin qalibinə İqtisadiyyat Nazirliyində vəzifə verildi
İkinci "Yüksəliş" müsabiqəsinin qalibi Arzu Tairquliyeva-Nağıyeva İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Oxu.Az xəbər verir ki, o, Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində "Regionşünaslıq" ixtisası üzrə bakalavr və magistr təhsili alıb, Dövlət Proqramı çərçivəsində təhsilini Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) turizm, mədəni irs və davamlı inkişaf ixtisasının magistratura pilləsi üzrə davam etdirib, eyni zamanda ADA Universitetində təhsilin idarə olunması üzrə növbəti magistratura təhsilini bitirib.
Qalib Azərbaycan Turizm və Menecment Universitetində müəllim kimi də fəaliyyət göstərir.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
- SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
- Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
- Bakıda dövlət müəssisəsinin binası hərraca çıxarılır
- Azərbaycan və Gürcüstan birgə layihələrin perspektivlərini müzakirə ediblər
Rəylər