Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İki ay əvvəl toyu olmuşdu, 16 yaşlı qonşusu ilə birlikdə faciəli şəkildə öldü
Şəmkirdə baş verən dəhşətli hadisə iki nəfərin həyatına son qoyub.
Xezerxeber.az xəbər verir ki, yanğının fəsadlarını aradan qaldırmağa çalışan 16 yaşlı qız və ev sahibinin kürəkəni ehtiyatsızlıq nəticəsində elektrik cərəyanına düşərək həlak olublar.
Hadisə bu gün səhər saatlarında Şəmkirin Düyərli kəndində qeydə alınıb.
Yanğın baş verən evin sahibi və hadisə yerinə gələn qonşuların sözlərinə görə, faciənin səbəbi elektrik enerjisinin verilib-verilməməsi ilə bağlı anlaşılmazlıq olub.
Qeyd edək ki, həyatını itirən 16 yaşlı Pərvin Nəsibova ev sahibinin qonşusu idi. 31 yaşlı Hümbət İsmayılov isə təxminən iki ay əvvəl ev sahibinin qızı ilə ailə qurmuşdu.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:
Şəmkirdə bədbəxt hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Kənd ərazisində 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibovanı və 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu İsmayılovu elektrik cərəyanı vuraraq öldürüb.
Məlumata görə, səhər saat 8 radələrində həmin evdə yanğın olması ilə bağlı müvafiq qurumlara məlumat daxil olub. Müvafiq qurumların əməkdaşları hadisə yerinə gedərək yanğını söndürüblər. Bundan sonra adıçəkilən şəxslər evdə təmizlik işləri aparan zaman bədbəxt hadisə baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Samir İsayev