Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xırdalanda qorxunc mənzərə: Sahibsiz itlərin sakinlərə hücumu
Xırdalanda "AAAF Park"da yaşayan bir qrup sakin sürü halda gəzən sahibsiz itlərin əlindən təngə gəldiklərini bildiriblər.
Onların sözlərinə görə, son zamanlarda Abşeron rayonu ərazisində sahibsiz itlərin insanlara hücum halları artıb. Ətraf yaşayış massivlərindən rayon ərazisinə axın edən sahibsiz itlər hər kəsə hücum edir.
Mövcud vəziyyətlə bağlı əraziyə cavabdeh olan "AAAF Park" yaşayış kompleksinin məsul şəxsləri sualları cavabsız qoyub. Abşeron rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirilib ki, yaxın zamanlarda problem köklü şəkildə həll ediləcək:
"Sahibsiz heyvanlar üçün ayrılmış ərazidə xüsusi sığınacaq tikiləcək və onların hər biri oraya yerləşdiriləcəklər".
Ətraflı süjetdə:
"Sahibsiz it problemi" teqi üzrə xəbərlər
- Şəkidə iki nəfər sahibsiz itlərin hücumuna məruz qalıb
- Zaqatalada sahibsiz itlər dərsə gedən məktəbliyə hücum ediblər
- Paytaxt sakinlərinin sahibsiz it problemi: "Gecə-gündüz hamıya hücum edirlər"
- Bərdə sakinləri sahibsiz itlərin hədəfində
- Novxanı çimərliyi itlərin məskəninə çevrilib: Uşaqlar qorxurlar, antisanitar vəziyyət hökm sürür
Rəylər