Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT
Ötən gün paytaxtın Suraxanı rayonunda və Sumqayıt şəhəri ərazisində yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş yol-nəqliyyat hadisələri nəticəsində 1 nəfər həyatını itirib, ana və onun azyaşlı qızı olmaqla 2 nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin avtomobilini azyaşlılara həvalə edən şəxslərə müraciətində deyilib.
"Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, sürücülük hüququ olmadan avtomobil idarə etmək həvəsinin onların özlərinin və doğmalarının arzularını yarıda qoyacağını unudurlar.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, habelə nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, belə halların aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyini bildirir və bu sahədə intizamsızlığameyilli şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tədbirlərin görüləcəyini avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır", - müraciətdə qeyd edilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda taksi sürücüsünün səhvi türkiyəli gəncin həyatına son qoydu - ANBAAN VİDEO
- "Kəpəz"in icraçı direktoru ilə veteran futbolçu arasında münaqişə: Polis işə qarışdı
- Rusiyada küçədə atəş açan erməni saxlanıldı
- Azərbaycan idmançıları Türkiyədə yeddi qızıl medal qazanıblar
- DİN rəsmisi: "Tikilən binalarda parklanma yerləri nəzərə alınmır"
Rəylər