Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xaçmazda depressiyaya düşən kişi tövlədə özünü asdı
Xaçmazda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Xudat şəhəri, Ordubadi küçəsində baş verib.
53 yaşlı Çingiz Davud oğlu Hacıxanov yaşadığı evin həyətindəki tövlədə özünü asaraq, həyatına qəsd edib. Məlumata görə, hadisə zamanı mərhum depressiv vəziyyətdə olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
"İntihar hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər