Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vətəndaşın kredit kartından 5000 manatdan çox vəsait OĞURLANDI
Vətəndaşın kredit kartından 5 000 manatdan artıq pul oğurlanıb.
İmişli sakini Xəzər Əliyev iddia edir ki, SMS və şəxsi məlumatlarını paylaşmamasına baxmayaraq, onun kart hesabından xeyli miqdarda vəsait çıxarılıb. Hesabda əvvəlcə 2 000 manat olub.
Zərərçəkənin sözlərinə görə, mobil telefonuna kredit limitinin artırılması ilə bağlı mesaj gəldikdən sonra hesab 2 000 manatdan 5 600 manata qaldırılıb. Yenə də hesabdan məbləğ çıxılıb.
Kiberdələduzluğa məruz qaldığını deyən İmişli sakini öncə banka müraciət edib, lakin bankdan heç bir kömək ala bilməyib.
Xəzər Əliyev əlavə edib ki, bu məsələ ilə bağlı ərazi üzrə polis bölməsinə də şikayət edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Xəzər Xəbər"ə bildirilib ki, vətəndaşın müraciəti əsasında araşdırma aparılır.
Ətraflı süjetdə:
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
Rəylər