Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü.
Oxu.Az xatırladır ki, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir.
Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqda davam edir. Tərtər şəhərini və rayonun Şıxarx qəsəbəsini, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini intensiv artilleriya atəşinə tutur.
Azğın düşmənin cavabı ön cəbhədə verilir. Ermənistan silahlı qüvvələrinin "022" saylı xüsusi təyinatlı hərbi hissəsi darmadağın edilir. Hərbi hissənin şəxsi heyətinin 70 faizi ölənlər və yaralılar olmaqla zərərsizləşdirilir. Zəngilan rayonunun sərhəd ərazisində Ermənistan ordusuna məxsus iki ədəd "BM-21" "Qrad" qurğusu məhv edilir, silah-sursatı qənimət götürülür. Həmçinin, bu ərazidəki mövqelərimizi atəşə tutan düşmənin iki artilleriya batareyası, bir piyadaların döyüş maşını, səkkiz müxtəlif tipli top, iki rabitə qülləsi, ikisi sursatla dolu olmaqla yeddi avtomobil texnikası dəqiq atəş zərbələri ilə məhv edilir.
Beləliklə, müharibənin 36-cı günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.
Mərahim Nəsib
"44 günlük Vətən müharibəsi" teqi üzrə xəbərlər
- Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı
- Vətən müharibəsi ilə bağlı filmlərin çəkilişinə ayrılan vəsait AÇIQLANDI
- Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
- ARKA İkinci Qarabağ müharibəsindən sonra istehsal etdiyi filmləri təqdim edib
- Polkovnik Raqif İsrayılov: "Aprel döyüşlərindən sonra hazırlıqlarımızı artırmağa başladıq"