Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vətən müharibəsi qazisi doğum günündən bir gün öncə vəfat etdi
44 günlük Vətən müharibəsi qazisi Azad Yusifəli oğlu Məlikov dünyasını dəyişib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qazi Azad Məlikov doğum günündən bir gün əvvəl, iyunun 3-də Neftçala Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Bildirilib ki, A.Məlikovun halı qəfil pisləşib. Bunu görən yaxınları onu xəstəxanaya çatdırıblar. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.
Azad Məlikovun yaxın qohumu Oxu.Az-a açıqlamasında qazinin daimi şəkildə müalicə aldığını deyib:
"Müharibədə daxili orqanları sıradan çıxmışdı. Hər gün iynə və dərman qəbul edirdi. Dörd ilə yaxın idi ki, bu vəziyyətdə yaşayırdı. Daimi müalicə olunsa da, səhhətində irəliləyiş olmadı. Sağalması qeyri-mümkün idi. Nə zamansa belə halın baş verəcəyini bilirdik.
Azad iyunun 3-də vəfat etdi. Evdə idi. Anidən halı pisləşdi. Təcili tibbi yardım çağırdıq. Qucağımda keçindi. Şokdayıq. İyunun 4-ü doğum günü olacaqdı. 28 yaşı qara gəldi. Evin ən kiçik uşağı idi. Subay idi. Çətindir, çox ağır dərddir".
Nəzrin Vahid