Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Universitetlərin akkreditasiyası davam edir: Keçməyənlərin aqibəti necə olacaq?
Cari ildə 13 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub, onlardan 10-da bu proses yekunlaşıb.
Bu barədə “Trend”in sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.
Qeyd edilib ki, digər üç ali təhsil müəssisəsində (“ADA” Universiteti, ATU, BMU) isə akkreditasiya prosesi davam edir.
“Akkreditasiya prosesi yekunlaşan ali təhsil müəssisələrindən yeddisinin nəticələri (AzTU, BDU, UNEC, ADPU, LDU, AzMİU, Xəzər Universiteti) Akkreditasiya Şurası tərəfindən “əsasən uyğundur” hesab edilərək növbəti 5 il üçün akkreditə olunublar. SDU, BDU Qazax filialı və ADİU Zaqatala filialının qiymətləndirmə nəticələri Akkreditasiya Şurası tərəfindən “qismən uyğundur”, “uyğun deyil” hesab edilərək bir ildən sonra yenidən akkreditasiya olunmaları barədə qərar qəbul edilib”, - deyə bildirilib.
"ADİU" teqi üzrə xəbərlər
- Azərbaycanda ali təhsil müəssisələrində yeni fənn TƏDRİS OLUNACAQ
- "Araz" supermarketlər şəbəkəsi əmək bazarına uyğun kadr hazırlanmasında fəal iştirak edir
- Kolleclərə yeni direktorlar təyin olunub
- Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmirlər?
- Şəhidin əmisi: “Atası ilə danışandan bir saat sonra Məhəmmədin şəhid xəbəri gəldi” - VİDEO
Rəylər