Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - SENSASİON İDDİA
Azərbaycanlı ekstrasens Zirəddin Rzayev illərdir qeyri-adi qabiliyyətləri ilə tanınan və müxtəlif müəmmalı hadisələrin həllində iştirak edən bir şəxsdir. Onun budəfəki iştirakı isə daha da böyük səs-küyə səbəb olub. Rzayevin Türkiyədə qətlə yetirilən Narin Güran adlı 8 yaşlı qızın yerini əvvəlcədən bildiyi iddia edilir.
Narinin itkin düşməsi və daha sonra qətlə yetirilməsi hadisəsi Türkiyə gündəmi ilə yanaşı bir sıra ölkələrdə, Rusiya, Yunanıstan, Azərbaycan və digər dövlətlərdə də müzakirə olunurdu. Bu ağır cinayət hadisəsinin detalları hələ də tam açıqlanmamışdı ki, Zirəddin Rzayevin bu işlə bağlı bildikləri ortaya çıxdı. Onun hadisə ilə bağlı bəzi məlumatları, xüsusilə də Narinin dəqiq yerini bilməsi iddiaları cəmiyyətdə böyük maraq və müzakirələrə səbəb oldu.
Məsələ ilə bağlı danışan tanınmış ekstrasens Zirəddin Rzayev News24.az-a bildirib ki, Narinlə bağlı mövzuda intim münasibət görüb:
"Hiss edirəm ki, Narinin anası ilə əmisi arasında bir münasibət olub. Uşaq isə bunu görüb və Narini də buna görə öldürüblər. Teleqram kanalımda bununla bağlı geniş məlumat paylaşmışdım. Ola bilsin ki, onun arvadı yoxdur. O da qardaşı arvadı ilə intim əlaqədə olub. Narin görməməli olduğu bir şeyi görüb, buna görə də, onu öldürüblər".
Ekstrasens qeyd edib ki, Türkiyənin Diyarbəkir Şəhər Polis Şöbəsinin rəsmi saytına yazılı məktub göndərib. Onun sözlərinə görə, yazıda Narinin necə öldürüldüyü və harada olduğu barədə məlumat verib:
"Sentyabrın 2-də Diyarbəkir Polis İdarəsinə müraciət edərək Narinin öldürüldüyünü və cəsədinin suda olduğunu bildirdim. İtkin düşən qız öldürülmüş halda su dolu bir torpada tapılıb".
"Narin Güran" teqi üzrə xəbərlər
- Narin Güranın qətlinin bütün sirrini açacaq dəlil ortaya çıxdı: Qanlı əlcək kimə aiddir?
- Narinin məhkəmə prosesinin gedişatını dəyişə biləcək "dişləmə izi" sirri! Mütəxəssisdən açıqlama
- Narinin qətlinə dair yeni görüntülər: Nevzat Bahtiyar cəsədi necə gizlətdiyini anbaan göstərdi
- Amansızlıqla öldürülən səkkiz yaşlı Narinin qətlindən bir saat əvvəlki görüntüləri üzə çıxdı
- Narin Güranın qətlində yeni təfərrüat üzə çıxdı: Qatillərin cəzası bəlli oldu