Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tikinti bazarında bu dəfə betonun qiyməti ARTDI
Tikinti bazarındakı materiallarının qiyməti artmaqda davam edir.
Oxu.Az xəbər verir ki, hazırda ötən dövrlə müqayisədə, betonun qiymətində on manata qədər artım müşahidə olunur.
Bu gün tikinti bazarında betonun satış qiyməti, markasına uyğun olaraq, 95 manatla 110 manat arasında dəyişir.
Beton satışı ilə məşğul olan satıcıların Oxu.Az-a verdiyi məlumata görə, hazırda bazardakı qiymət sıralanması belədir:
"M100 markalı betonun bir kubu - 95 manat, M150 markalı - 97 manat, M200 markalı - 99 manat, M250 markalı - 102 manat, M300 markalı - 105 manat, M350 markalı - 108 manat".
Satıcılar aşağı qiymətdə olan betonla yuxarı qiymətdə olan beton arasında keyfiyyət fərqinin olduğunu da diqqətə çatdırıblar.
Betonun qiymətinin qalxmasına səbəb kimi isə yanacağın qiymətinin artmasının daşıma xərclərini bahalaşdırması və bunun məhsulun maya dəyərinə göstərdiyi təsir göstərilir.
Xatırladaq ki, iyulun 22-də mişardaşının, avqustun 5-də isə sementin qiymətinin artması ilə bağlı məlumat vermişdik.
Əzizə İsmayılova
Rəylər