Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Təkərdə ilişən xırda daşlar: Ekspert gizli təhlükələrdən danışdı
"Bir çox avtomobil sahibləri təkərlərin vəziyyətinə çox əhəmiyyət vermir və düşünürlər ki, əsas məsələ şinləri mövsümə uyğun vaxtında dəyişdirməkdir. Lakin təcrübə göstərir ki, təkərin protektorunda ilişib qalan hətta kiçik bir daş belə ciddi qəzaya səbəb ola bilər".
Oxu.Az-ın "Rossiyskaya Qazeta"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Aleksey Stasyuk xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, avtomobil tez-tez müxtəlif örtüklü yollarda istismar olunur və hər bir örtük şinlərə özünəməxsus şəkildə təsir edir.
"Çınqıllı örtüklü yollarda və ya hətta az miqdarda daş olan yollarda rezinin mexaniki zədələnmə riski var" , - deyə Stasyuk qeyd edib.
Mütəxssis bildirib ki, protektorda ilişib qalan kiçik daş görünüşcə zərərsiz olsa da, əslində çox pis nəticələrə gətirib çıxara bilər.
"Təkər protektorunun kanallarında uzun müddət qalan daşlar, protektorun kanal altı qatını korda qədər zədələyə bilər. Zədələnmiş yerə nəm və tozun düşməsi isə kord və rezin arasındakı yapışmanı pozan geridönməz prosesləri başladır" , - deyə o əlavə edib.
Stasyuk zədələnmiş şinin uzun müddət istismarının onun təbəqələrə ayrılması və vaxtından əvvəl sıradan çıxması ilə nəticələnə biləcəyini deyib.
"Hətta hərəkət zamanı təkərin partlaması baş verə bilər ki, bu da demək olar ki, mütləq ağır nəticəli yol-nəqliyyat hadisəsinə səbəb olar" , - deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, xüsusilə protektor dərinliyi az qalan şinlər deşilmə riski altındadır.
Buna görə də o, təkərləri müntəzəm olaraq zədələnmələrə qarşı yoxlamağı, aşınma dərəcəsinə nəzarət etməyi və köhnəlmişləri vaxtında dəyişdirməyi məsləhət görüb.
Mövzuya aid xəbərlər
- Maşını özləri yuyanlara gizli təhlükələr barədə xəbərdarlıq: Nələrə diqqət etmək lazımdır?
- Əyləc qəliblərinin ömrünü necə uzatmaq olar? - Mütəxəssisdən TÖVSİYƏLƏR
- "Hyundai" mühəndislərindən avtomobil sənayesində inqilabi yenilik: Təkərlər formasını dəyişə biləcək
- "Parking" rejimindən yanlış istifadə maşınınıza necə zərər verə bilər? Mütəxəssisdən XƏBƏRDARLIQ
Rəylər