Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təhsil müəssisəsində mənimsənmə ilə bağlı cinayət işi başlanıldı
Şirvan şəhər B.Aslanov adına 16 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən daxil olmuş material əsasında Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Şirvan Şəhər Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, ilkin araşdırma zamanı həmin məktəbdə guya əvəzçilik qaydasında dərslərin icra edilməsi, dərsdənkənar məşğələlərin keçirilməsi, müxtəlif dərnəklərin təşkil olunması və digər qanunsuz yollarla 39 min manatdan artıq dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
"Külli miqdarda mənimsəmə" teqi üzrə xəbərlər
- Vəzifəli şəxsin cinayət əməllərinin DETALLARI - Saxtakarlıq, rüşvət və dələduzluq
- On altı min manatdan çox mənimsəmədə ittiham olunan vəzifəli şəxs bəraət istəyir
- Bir neçə vəzifəli şəxs həbs olundu: 147 milyon manat ölkəyə qaytarılmayıb
- "Beynəlxalq Bank"ın sabiq şöbə müdiri məhkəmə zalında həbs olundu
- 42 milyon mənimsəmədə ittiham olunan "Şlyapa Zahid": "Nəcməddin Sadıkov gəlib özü danışsın"
Rəylər