Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
TƏBİB-in tabeliyində neçə helikopter var?
"Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində iki tibbi helikopter var və hava limanındadır".
Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov brifinqdə sualları cavablandırarkən deyib.
O bildirib ki, ehtiyac yarandığı təqdirdə onlardan istifadə olunur:
"Tabeliyimizdə olan həmin helikopterlərdən ancaq Vətən müharibəsində və antiterror əməliyyatları zamanı istifadə edə bilmişik. Çünki Bakı və regionların yol infrastrukturunun yaxşı olduğunu nəzərə alaraq, təcili tibbi yardım avtomobilinin helikopter vasitəsilə daşınma nisbətindən daha sürətli ola biləcəyini düşündüyümüzdən ehtiyac olmayıb. Hesab edirəm ki, helikopterlərdən, adətən, dağlıq və çətin relyefi olan ərazilərdən xəstə daşınması məqsədəuyğundur. Eyni zamanda, Azərbaycan əhalisinin sayına görə iki tibbi helikopterin varlığının optimal olması qənaətindəyəm".
Məhərrəm Əliyev
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər