Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şuşada Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilib
Şuşada Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu gün Şuşada keçirilən Türk Akademiyasının Elmi Şurasının VII İclasında açılış nitqi ilə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev iclasın Şuşada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.
O bildirib ki, sözügedən iclas elmi əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir.
Elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib.
Türk Akademiyasının məqsədlərindən danışan E.Əmrullayev akademiya ilə əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində həyata keçirilən işlərdən bəhs edib.
Daha sonra iclasın gündəliyində duran məsələlər müzakirə olunub.
İclas çərçivəsində Türk Akademiyasının fəaliyyət hesabatı təqdim olunub.
Könül Cəfərli