Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Suraxanı rayonu ərazisində bir sıra qanunsuz tikinti faktları aşkar edilib
Oktyabrın 11-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı Suraxanı rayonu ərazisində bir sıra qanunsuz tikinti faktları aşkar edilib.
Oxu.Az xəbər verir ki, nəticədə rayonun Yeni Suraxanı qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində aparılan özbaşına tikintinin (100 kv.m və 60 kv.m ölçüdə) və qanunsuz zəbt edilən 0.03 ha ərazinin hasarlanma işlərinin qarşısı alınıb.
Bütün faktlar üzrə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarənin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülərək qanunsuz tikililərin söküntüsü təmin edilib.
Rəylər