Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Atanın aldığı velosiped qızının ölümünə səbəb oldu
Sumqayıtda 12 yaşlı qız faciəli şəkildə ölüb.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayonunda yerləşən binaların birində qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü Zəhra İbrahimovanın üzərinə qapının şüşəsi düşüb. Azyaşlı qanaxmadan hadisə yerindəcə keçinib.
Qonşuların bildirdiyinə görə, azyaşlının atası iki gün öncə qızına velosiped alıb. Uşaq velosipedi evdə sürərkən qapıya dəyib və qapının şüşəsi onun üstünə düşüb. 12 yaşlı Zəhra İbrahimova və bacısı evdə nəzarətsiz şəkildə olublar. Azyaşlının bacısı qonşuya qaçıb. Kömək çağırmaq istəsə də, heç kimi tapmayıb. Zəhra İbrahimova elə qanaxmadan kirayə yaşadıqları evdə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda evdə tək olan 12 yaşlı uşağın üzərinə şüşə düşüb, uşaq qanaxmadan ölüb.
APA xəbər verir ki, hadisə 1-ci mikrorayonda qeydə alınıb.
2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub. Ehtiyatsızlıqdan qapının şüşəsi üzərinə düşən qız qanaxmadan ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər