Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sumqayıtda polietilen istehsalı sexində yanğın olub
Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən sexdə yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 800 kvadratmetr olan polietilen istehsalı sexində baş verdiyi və yayılma, o cümlədən yaxınlıqdakı evlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 800 kvadratmetr olan polietilen istehsalı sexinin içərisində 200 kvadratmetr sahədə yığılmış polietilen tullantıları və sexin dam örtüyünün taxta atmaları 300 kvadratmetr sahədə yanıb.
Sexin böyük hissəsi və yaxınlıqda yerləşən fərdi yaşayış evləri yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Sözügedən yanğınla bağlı görüntüləri təqdim edirik:
Rəylər