Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sosial ödənişlərin təyin edilməsi qaydası müəyyənləşib
Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün (20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə münasibətdə bu Qaydaya uyğun olaraq), Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və 3 yaşınadək uşağa qulluğa görə müavinətin təyin olunması üçün müraciətin edilməsi, onların təyin olunması və ödənilməsi bu Qaydanın müddəaları nəzərə alınmaqla müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"na, 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası"na, 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi Qaydası"na və1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə uyğun olaraq həyata keçirilir.
Sosial ödənişlər müraciət olunmadan proaktiv qaydada və ya onu almaq hüququ olan şəxslərin və yaxud onların qanuni nümayəndələrinin Fond tərəfindən təyin edilir. Bu Qaydada nəzərdə tutulan sosial ödənişlərin təyin edilməsi, ödənilməsi və ödənişinin dayandırılması ilə bağlı sənədlərin (məlumatların) və onların surətinin elektron variantının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) səlahiyyətli vəzifəli şəxsinin gücləndirilmiş elektron
imzası ilə təsdiq edildikdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Sosial ödənişlər" altsisteminə daxil edilir və ya bildirişlər (bu Qaydanın 5.8-ci bəndi nəzərə alınmaqla) həmin altsistem vasitəsilə göndərilir.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Dərman vasitələrinin dövlət reyestri "Elektron hökumət" portalına qoşulacaq
- Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib
- Prezident iki publik hüquqi şəxsi ləğv etdi
- Əli Əsədovdan hava hücumundan müdafiə işləri ilə bağlı QƏRAR
- Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair YENİ QAYDALAR
Rəylər