Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüat məlum olub
Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
"Report" xəbər verir ki, Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Aygün Yunis qızı Kərimova və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gəliblər.
Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub.
Həmçinin bildirilir ki, Aygün Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edir.
Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlının müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş.
Hazırda faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Şirvan şəhərində faciəli hadisə baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhərin mərkəzində yerləşən beşmərtəbəli binada qonaq olan Aygün Kərimova adlı gənc ana və onun 5 yaşlı qızı Z.K. binanın 5-ci mərtəbəsindən yıxılaraq həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.
Rəylər