Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sevgilisi tərəfindən qızı öldürülüb, özü bıçaqlanan qadının vəziyyəti AÇIQLANDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ötən gün Sabunçu rayonunda sevgilisi tərəfindən bıçaqlanan qadının son vəziyyətini açıqlayıb.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1980-ci il təvəllüdlü vətəndaş fevralın 2-də 02:30 radələrində Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:
“Ona müxtəlif nahiyələrin kəsilmiş yaraları diaqnozu qoyulub. Zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabildir”.
Qeyd edək ki, fevralın 2-də saat 01:15-də Sabunçu rayonu Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb. Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
İlhamə Əbülfət
Rəylər