Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şəkidə dövlət mühafizəsində olan minillik məbədin bərpaya ehtiyacı var
Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən Alban Məbədinin restavrasiyaya ehtiyacı var.
Bu barədə "Report"a tarixçi Vaqif Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Alban Məbədi baxımsız qaldığı üçün dağılıb. Məbəd otuz il öncə başqa görkəmdə olsa da, hazırda sütun və tağların bəzi hissələri zədələnib, divarlarında olan daşlar yerə tökülüb:
"Mən deyərdim ki, məbədin inşa tarixi daha qədimdir. Onun üzərində XI, XII-ci əsr yazılsa da, IV-cü-V-ci əsrə aid olmasını ehtimal edirəm. Mən bu məbədin yerləşdiyi kənddə yaşayıram, 74 yaşım var. Bura ən azından 65 ildir dəfələrə gəlib-getmişəm. Məbədi belə vəziyyətdə heç vaxt görməmişdim. Heyf ki, bu gözəl, qədim abidə hazırda tamamilə dağılmaq təhlükəsi ilə üz-üzədir. İnanın ki, burada bir arxeoloji qazıntı, təmir işləri aparılsa, ən qədim dövrün tapıntıları aşkara çıxa bilər. Həmin illərdə burada albanlar yaşayıb, bu kəndin dərin kökü var. Ona görə də ərazidə araşdırmalar aparılmalıdır".
Tarixçi onu da qeyd edib ki, Orta Zəyzid kəndinin mərkəzində məbədə qədər olan məsafə bir kilometrdir. Əgər məbəddə bərpa işləri aparılarsa, kəndin turizm potensialı da arta bilər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı Və Bərpası Üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, Zəyzid məbədi tarix mədəniyyət abidəsi kimi dövlət mühafizəsi altındadır:
"Tarixi abidənin qorunması və ətrafının abad saxlanılmasına dövlət xidməti tərəfindən nəzarət olunur. Bərpaya ehtiyacı olan məbəd investisiya layihələrinin siyahısına daxil edilib. Tarixi abidələrə müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa-konservasiya işləri həyata keçirilir. Sözügedən məbədin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır".
"tarixi abidə" teqi üzrə xəbərlər
- Kəlbəcərin azad edilməsi Azərbaycanın siyasi və diplomatik qələbəsidir
- Eldar Əzizov: "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil"
- Türkiyədə maraqlı kəşf: Sakinlərin 56 ildir üzərində oturduqları daş 1800 illik tarixi əsər imiş
- Bakıda neçə tarixi-memarlıq abidəsində təmir-bərpa işləri aparılıb?
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
Rəylər