Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sədr müavini: "COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur"
"Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir".
Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidirlər:
"Siyahı bizə təqdim olunub. Sözügedən siyahı bütün metro stansiyalarına göndərilib".
Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Buraya avtobus, metro və dəmiryol nəqliyyatı daxildir.
Məhərrəm Əliyev
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Bakı metrosunda problem: İnterval 14 dəqiqəyə qalxıb?
- Bu xəbərləri qaçırmayın: 06.11.2024-ün ən mühüm hadisələri
- "Birbank" mobil tətbiqində ödənişlərlə bağlı problem: Ödənişlər geri qaytarılacaq?
- Bakı metrosunda qiymətlər DƏYİŞƏCƏK? - ÖZƏL AÇIQLAMA
- COP29-la əlaqədar Bakı metrosunda qərargah fəaliyyət göstərəcək