Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Salyanda yol-nəqliyyat hadisəsi: Xəsarət alanların son durumu AÇIQLANDI
Salyan rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (bir qadın, iki kişi cinsli olmaqla) 13 avqust saat 20:20-də Salyan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Bədənin müxtəlif nahiyələrinin sınığı, əzilməsi diaqnozu qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunur.
Əzizə İsmayılova
Salyanda yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü İlknur Xəyal oğlu Məmmədov, 2024-cü il təvəllüdlü Rəsul İlknur oğlu Məmmədov və Salyan şəhər sakini 1982-ci il təvəllüdlü Xəyal Aslan oğlu Hüseynov müxtəlif dərəcəli xəsarət alıblar.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər