Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sakinlərlə MTK arasında anlaşılmazlıq: Mənzil sahibləri tikinti şirkəti ilə razılaşmırlar
Paytaxtın Nəsimi rayonunun Ağadadaş Qurbanov, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və Balababa Məcidov küçələrində yaşayan sakinlər ərazidə söküntü işləri aparan Mənzil Tikinti Kooperativindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, şirkət onlara evlərini tərk etmək üçün yetərli məbləği ödəməyib və üstəlik, söküntü işləri onlar mənzillərini tərk etmədikləri halda aparılır.
Mənzil Tikinti Kooperativinin müdiri Ramil Qasımov isə bildirib ki, sözügedən ünvanları əhatə edən ərazidə 150-yə yaxın fərdi yaşayış evi var ki, onların da sahibləri ilə danışıqlar aparılıb və mənzillərin 80 faizinə qədəri şirkət tərəfindən alınıb, söküntü işləri də buna əsasən aparılır.
Ətraflı Baku TV-nin süjetində:
"Mənzil söküntüsü" teqi üzrə xəbərlər
- Bakının bəzi ərazilərində fərdi evlər söküləcək
- Bu xəbərləri qaçırmayın: 21.10.2024-ün ən mühüm hadisələri
- Bu xəbərləri qaçırmayın: 09.10.2024-ün ən mühüm hadisələri
- Plana düşən evə verilən ödənişlə razılaşmayan sakin məhkəmə qərarı ilə mənzildən ÇIXARILA BİLƏR?
- Tikinti şirkəti vətəndaşın evini zədələyib