Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sabirabadda qardaş bacısına zorakılıq edir?
Sabirabadda qardaşın bacısını incitdiyinə dair görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdəki şəxsləri tanıyanlar hadisənin Sabirabad rayonu, Cəngan kəndində yaşandığını deyirlər. Belə ki, iddialara görə, kənd sakini içki aludəçisidir və bacısına qarşı zorakılıq tətbiq edir, özü isə evdə istirahət edir.
Onları tanıyan şəxslər ərazi üzrə evlərinin kənddəki marketdən 700 metr aralıda olduğunu yazırlar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin görüntülərlə bağlı polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb:
"Qadının ruhi xəstə olduğu müəyyən edilib. Ona zor tətbiq edilməsi iddiaları isə öz əksini tapmayıb".
Könül Cəfərli
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
- Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi
- İsmayıllıda dəhşətli hadisə: 13 yaşlı qız atasından hamilə qaldı
- Diddinin uşaq yağları ilə bağlı iyrənc məqsədi ifşa olundu
- Üç uşaq anası baldızı tərəfindən amansızcasına döyülüb - İDDİA
Rəylər