Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sabiq vəzifəli şəxslər yenidən hakim qarşısında: Bəraət istəyirlər
Sabirabadın rüşvət almaqda ittiham olunan sabiq baş memarı Müşviq Qasımov və Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Quliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası mayın 22-nə təyin edilib.
Şikayətçilər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşviq Qasımov 8 il 6 ay, Eldar Quliyev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2022-ci ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar. İttihamda göstərilib ki, Müşviq Qasımovun FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Musa oğlu Quliyev və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi, bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Müşviq Qasımov və Eldar Quliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvətalma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- Ali Məhkəmədə iqlim dəyişikliyi ilə bağlı tədbir keçirilib
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
Rəylər