Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verib? - RƏSMİ AÇIQLAMA
"Mehdi Səlimzadə ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında heç bir məhkəmə çəkişməsi yoxdur".
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Anar Cəbrayıllı deyib.
O bildirib ki, yayılan informasiya həqiqəti əks etdirmir.
Könül Cəfərli
Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edib.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, keçmiş icra başçısının iddiası "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə qarşıdır.
Mehdi Səlimzadənin iddiasına Abşeron Rayon Məhkəməsində baxılacaq. İş hakim Mirnəsir Mirhəsənlinin icraatındadır.
Xatırladaq ki, Mehdi Səlimzadə 1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert, 2000-2003-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004-cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupunun rəhbəri və komitənin ilk sədri, 2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifələrində çalışıb.
O, 2016-cı ildə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2022-ci il fevralında vəzifəsindən azad edilib.
"Azərsu ASC" teqi üzrə xəbərlər
- Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi
- Azərbaycan Premyer Liqası: "Şamaxı" "Sumqayıt"a qalib gəldi
- Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi
- Kanalda batan qazinin yanındakı şəxslər kimlər olub? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır
Rəylər